access_time Dərc olunub: 17:49
Deputatlar arasında qalmaqal

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Fəzail Ağamalı və Aqil Abbas arasında mübahisə yaranıb.


TİA.AZ  azvision.az-a istinadən xəbər  verir ki, deputat Aqil Abbas çıxışı zamanı deyib ki, Azərbaycan parlamentində ən çox tənqid olunan deputatdır:

“Ən çox mən, Fazil Mustafa və Hadı Rəcəbli tənqid olunur. İki-üç deputatıq, ortada qalmışıq, digərləri yaxalarını kənara çəkib. Deputat maaşlarının artırılması ilə bağlı verdiyim açıqlamaya görə məni təhqir edirlər. Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da. Maaşım çoxdur deyən deputatların maaşını azaldın”.

Deputat Fəzail Ağamalı isə ona cavab olaraq deyib ki, Aqil Abbas hər dəfə söz alıb deputatlara ağıl öyrədir:

“Onun səviyyəsi hələ o səviyyəyə çatmayıb ki, bizə burda dərs keçsin. Hər dəfə söz alıb bizə burda dərs keçir, ağıl öyrədir. Ona xəbərdarlıq olunmalıdır”
.

Şərhlər