access_time Dərc olunub: 13:03
Xocalı faciəsi ilə bağlı qanun hazırlanır

Qarşıdan Xocalı faciəsinin 25-ci ildönümü gəlir.


 Bununla bağlı yeni qanun layihə hazırlanır.

Report-un xəbərinə görə, bunu parlamentin sədr müavini Bahar Muradova Milli Məclis, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

B.Muradova qeyd edib ki, Milli Məclisdə soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsi hazırlanır: “Nəzərdə tutuduğumuz qanun layihəsini Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim edə biləcəyik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də çıxışında qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Deputat Azay Quliyev də çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir.

Şərhlər