access_time Dərc olunub: 14:03
İSTEHLAKÇI "BAZARSTORE" MƏHSULLARINDAN NARAZILIQ EDİR



TİA.AZ bildirir ki, sosial şəbəkə istifadəçisi 1 yaş 2 aylıq qızının "Milla"nın yoqurtundan zəhərləndiyini bildirir:

“Artıq səbrim daşdı, bu qədər olmaz. Bir həftədi evdə 1 yaş 2 aylıq qızım “Milla”nın hələ vaxtı 17 iyuna qədər olan yoqurtundan zəhərləndi. Axşam vaxtı  nə qədər əsəb- stress keçirtdik. Maddi xərci də öz yerində. Sumqayıtdan Bakıya taksi pulu, dərmanlar hamısı əhvalımızı pozdu. Bu gün də islami kəsim deyilən bu toyuğun şəklindən də açıq görünür ki, toyuğun içi artıq çürüməyə başlayıb. Paketi açanda üfünət iyindən atmaq istəsəm də kəsdim ki, içi də görünsün. "Bazarstore" marketindən fərqli vaxtlarda alınmış bu məhsullar, hem öz keyfiyyətsizliyi ilə təhlükə saçır,  həm də yalan məlumatlar əks olunub. Məhsul toyuğun paketinin üstündə göstərilib ki, 05 18 17-ə kimi vaxtı var. Toyuğu da yoldaşım dünən axşam gələndə alıb. Ayın 18-i isə dünən idi. Çox maraqlıdır, bu toyuq hansı zaman kəsiyində istehsal olunub?

Eləcə də “Milla”nın yoqurtlarının 17 iyuna kimi vaxti olmasına baxmayaraq, qızımı zəhərlədi. Bu saydığım şirkətlərin qrupda nümayəndələri varsa, bilin və eşidin ki, növbəti belə halda şikayətim təkcə bu cür şikayətlə qalmayacaq. Lazımi yerlərə şikayətimi çatdıracağam. Bəsdir artıq, öz pulumuzla bizə zəhərli mal satmağınız! Sizdən nə vaxtsa pulsuz mal alsaq, onda belə mal verərsiz”.


İlahə 

Şərhlər