access_time Dərc olunub: 15:34
ABİTURİYENTLƏR APPELYASİYA KOMİSSİYASINA NİYƏ AZ MÜRACİƏT EDİR?

Dövlət İmtahan Mərkəzi (DİM) baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya keçirilmiş qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib. 



İmtahanda iştirakı nəzərdə tutulan 1077 namizəddən 11 nəfəri imtahana gəlməyib.


1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub.

Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a bildirdi ki, Dövlət İmtahan Mərkəzinin dediyi kimi, xidmət haqqının yüksək olması daha hazırlıqlı və istəkli iştirakçıların imtahanda iştirak etməsi ilə nəticələnməyəcək: “Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün iddiaçı 1-ci mərhələ üçün 60 manat məbləğində vəsait ödəyib. Bu qədər yüksək məbləğdə pul ödəməsinə baxmayaraq, hələ də imtina edənlər var. Bundan başqa, iştirak edənlərin 50 %-i müsabiqə şərtlərini ödəyə bilməyib. Yəni, 664 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək, ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan , 83 bal olmuşdur. Bu onu göstərir ki, xidmət haqqının artırılması keyfiyyət artımı ilə müşayiət olunmur”.

Abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb. Ekspert deyir ki, bu apellyasiya ancaq sualların məzmunu ilə bağlı olur: “İnanmıram ki, kimsə müraciət etsin. Çünki iştirakçılarda sual kitabçası yoxdur. Bu da onları sualları araşdırmağa imkan vermir. İmtahan müddətində də bunu müəyyən etmək o qədər də asan deyil”.

Bir çox tələbələr öz hüquqlarını bilmir, ona görə də Apellyasiya Komissiyasına müraciət etmirlər. K.Əsədov burda abituriyentlərin günahı olduğunu deyir: “Müraciət etmək üçün azı o sahəni bilməlisən. Lakin savadları çatmır, bəxtə- bəxt iştirak edir və təsadüfi uğurlu nəticə gözləyirlər. Onlar hər bir sualı analiz etməli olduğu halda etmirlər”.

İlahə 

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort