access_time Dərc olunub: 12:45
DİM HANSI QANUNU POZUR?

Dövlət İmtahan Mərkəzi (DİM) dünən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına, rezidenturaya qəbul imtahanının I mərhələsinin imtahanını keçirdi.


TİA.AZ xəbər verir ki, təhsil eksperti Kamran Əsədov imtahanı ilə bağlı bəzi məqamlara etiraz edib. O bildirib ki, imtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim edib:
"Hər iştirakçı 50 manat pul ödəyib. Amma bu gün imtahanda iştirak edən bakalavrlara sual kitabçası imtahandan sonra verilməyib. Bu heç də düzgün deyil. Çünki imtahanda iştirak edən iddiaçılar DİM-in qəbul imtahanları üçün adambaşına düşən bütün xərclərini ödəyiblər, 50 manat.
Satınalınmalar haqqında, Xidmətlər haqqında, Mülkiyyət haqqında və digər Azərbaycan Respublikası qanunlarına görə, göstərilən xidmətin, satılan məhsulun qiymətini ödəyən onun sahibinə və mülkiyyətçisinə çevrilir.
DİM isə guya sualların yayılmasından narahat olduğundan sual kitabçasını iştirakçılara vermir. İmtahanda iştirak edənlərə yazdıqlarının səhv və ya düz olduğunı müəyyən etmək üçün sual kitabçaları vacib lazımdır. Amma indi onlar bundan məhrum edilib.

DİM imtahanın qiymətini niyə 50 manat edib? Hansı xidməti göstərib?

 

Ekspert hesab edir ki, iştirakçı bütün elektron xidmətləri, buraxılış vərəqələrini özləri doldurub, çap edib: “DİM sual kitabçasının kağızına və suallara pul xərcləyib ki, imtahanda iştirak edən şəxslər bu xərcləri artıqlaması ilə ödəyib.
Bu problem təkcə magistr pilləsinə qəbul imtahanlarında deyil, eynilə rezidenturaya qəbul və rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahanında da yaşanıb. İştirakçı bütün xərcləri ödədiyi halda sual kitabçasından məhrum edilib.
Əvvəlki illərdə ucuz idi, TQDK da xərc çəkirdi, indi isə bütün xərclər ödənib, amma ənənə dəyişməyib".


İlahə

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort