access_time Dərc olunub: 22:02
Ömürlük həbs edilən OMON-çular əfv üçün prezidentə müraciət etdi

Həbsdə olan ömürlük OMON-çular-Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv üçün ölkə başçısına müraciət ediblər. Bu barədə onların vəkili Elçin Sadıqov öz facebook səhifəsində məlumat verib.


Vəkilin statusunda bu sözlər yer alıb: " 21 ildir cəza çəkən keçmiş OMON-çular Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov əfv edilmək üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ediblər.

Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov 10 dekabr 1996-cı ildən həbsdədirlər. Dəfələrlə adları yerli və beynəlxalq səviyyədə hazırlanan siyasi məhbuslar siyahısına düşsələr də, azadlığa buraxılmayıblar. Cəza çəkdikləri müddətdə heç vaxt intizam pozuntusuna yol verməyiblər. Artıq hər üçü ağır xəstədir, yaşamaq ümidləri azdır.

Ümid edirik ki, bu əfv fərmanı onlara da şamil olacaq və haqqları olan azadlıqlarına qovuşacaqlar".

Şərhlər