access_time Dərc olunub: 11:46
Lapşinin həyat yoldaşı vəkillə telefonla danışıb

Həbsdə olan bloger Aleksandr Lapşinin həyat yoldaşı Yekaterina vəkil Səfər Hüseynovla telefonla danışıb.


Bu barədə Trend-ə S. Hüseynov məlumat verib.

Onun sözlərinə görə.,A.Lapşinin həyat yoldaşı iki dəfə onunla əlaqə saxlayıb:

"Bu gün də telefonla danışmışıq, Lapşinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb, həmçinin istintaqın gedişini soruşub. Ona Lapşinin saxlanma şəraitinin və səhhətinin normal olması barədə məlumat verirəm. Həmçinin, Lapşin səfirlik tərəfindən də nəzarətdə saxlanılır, mütəmadi onun vəziyyətilə maraqlanırlar".

S.Hüseynov bildirib ki, sonuncu dəfə A.Lapşinlə fevralın 9-da görüşüb:

"Hazırda istintaq hərəkətləri aparılır. Müstəntiq nə vaxt çağırsa və ya Lapşin görüşmək istəsə xəbər edəcək, yenidən onunla görüşəcəyəm".

Vəkil qeyd edib ki, A.Lapşinin anasının Bakıya gələcəyi vaxt barədə hələlik məlumatı yoxdur.

Şərhlər