access_time Dərc olunub: 12:54
ERMƏNİ ƏSGƏRLƏR BİR-BİRİNİ ÖLDÜRÜR

TİA.AZ xəbər verir ki, yanvarın 25-də Ermənistanın Müdafiə Nazirliyi tərəfindən hərbi xidmətlərin birində  müqavilə ilə xidmət edən Şavarşa Qalstyanın ölüm işi ilə bağlı onun həmkarları saxlanılıb.


 İstintaq Komitəsi hələki, adları gizli saxlayır. Fevralın 7-i qurum bildirib ki, saxlanılanlar Ermənistan Cinayət Məcəlləsinin 359-cu maddəsi ilə ittiham olunurlar.

 Erməni mətbuatı  bildirir ki, əvvəllər belə ölüm faktı olanda "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılırdı.

İstintaq Komitəsinin məlumatına görə, əsgərin cəsədi hərbi hissələrdən birinin döyüş postunda kötük üzərində, oturaq vəziyyətdə, gözləri açıq halda  aşkarlanıb. Hadisə baş verən yerdə ona verilən “AKM” tipli kalaşnikov avtomatı qolundan yerə düşmüş vəziyyətdə tapılıb.

İstintaq Komissiyası bildirir ki, digər əsgərlər Qalstyanı vaxtaşırı istismar edirmişlər. Onu alçaltmaq üçün kofe, çay dəmlətmək, kirli qabları yudurtmaq işləri əsgərə həvalə olunub. Qeyd edək ki, bu Ermənistan ordusunda intiharla bağlı ilk hadisə deyil. 

“Tert.am” saytının yaydığı xəbərə görə, hesabata əsasən 2016-cı ildə Ermənistan ordusunda 162 ölüm faktı qeydə alınıb. Bu da 2015-ci ildə qeydə alınan göstəricidən iki dəfə çoxdur. Həmin il Ermənistan ordusunda 76 ölüm halı baş verib. Ermənistan ordusunda ötən il ən böyük itki 1-5 aprel tarixlərində qeydə alınıb. Hesabatda qeyd olunub ki, 77 ölüm faktı aprel döyüşləri zamanı qeydə alınıb. Yerdə qalan 85 ölüm faktından 34-ü atəşkəs rejiminin pozulması, 19-u bədbəxt hadisə,13-ü bədbəxt hadisə, 13-ü intihar, 2-si isə hərbiçinin səhhətində yaranan problemlər nəticəsində olub. Erməni KİV-i məlumatı Ermənistan Müdafiə Nazirliyindən dəqiqləşdirmək istəsələr də, nazirlik bu məsələnin konfidensial və dövlət sirri olduğunu bildirib. Qeyd edək ki, Ermənistan ordusunda qeydə alınan ölüm faktları açıqlanan statistikadan xeyli çoxdur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuz yalnız aprel ayında düşmən təxribatının qarşısını alarkən erməni tərəfi xeyli saytda itki verib. 4 günlük döyüşlərdə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası baxımından böyük tələfata məruz qalıb. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.


Nilufər

Şərhlər