access_time Dərc olunub: 14:33
Ramil Usubov Sadiq Gözəlovun yerinə onu təyin etdi

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. (apa)

Şərhlər