access_time Dərc olunub: 14:30
TÜSİAD-ın yeni rəhbəri məlum oldu

Türkiyə Sənayeçilər və İş adamları Dərnəyinin (TÜSİAD) yeni rəhbəri məlum olub.


TİA.AZ xəbər verir ki, tanınmış iş adamı Ərol Biləcik dərnəyin yeni rəhbəri seçilib.

Ə.Biləcik 1987-ci ildə İstanbul Texniki Universitetinin Komputer mühəndisliyi fakültəsini bitirib. Bir müddət Almaniyanın “Nixdorf Computer” şirkətində çalışan Biləcik 1989-cu ildə “İndex Bilgisayar” şirkətini yaradıb.

Biləcik 1999-cu ildən “İndex Grup”a daxil olan “İndex Bilgisayar”, “Despec”, “Datagate”, “Neteks”, “Homend”, “Artım” və “Teklos” şirkətlərinə rəhbərlik edir.

Şərhlər