access_time Dərc olunub: 17:09
İbrahim Tatlısəs polisə çağırıldı

İbrahim Tatlısəsin Quşadası və Bodrumdakı otellərində müxtəlif vəzifələr icra edən, hətta rəsmi işləri də yerinə yetirmək üçün dəfələrlə vəkalət aldığını söyləyən Murat Özeylə aralarındakı münaqişə onların polis şöbəsinə qədər gedib çıxmasına səbəb olub.


Qaynarinfo.az xəbər verir ki, sənətçi ifadəsində işçisi tərəfindən şantaj olunduğunu bildirib.

Ötən həftənin şənbə günü baş verən hadisədə Özey İbrahim Tatlısəsdən alacağı olduğunu söyləyərək haqqının ödənməsini istədiyini bildirib. Ancaq tərəflər arasında qarşılıqlı anlaşma olmadığından Tatlısəs polisə çağrılıb. Bundan sonra isə Quşadası Mərkəzi Polis Bölməsinə gedən məşhur evinə zorla girdiyi iddiasıyla Murat Özeydən şikayət edib. O, işçisinə bütün alacağını ödədiyini və ona heç bir borcunun qalmadığını da sözlərini əlavə edib. Özeyin Tatlısəsə yaxınlaşmaması üçün xüsusi qadağa qərarının çıxarıldığı da yayılan məlumatlar arasındadır.

Şərhlər