access_time Dərc olunub: 12:32
Aparıcı ANS-ə 3 gün vaxt verdi - Foto

ANS-in keçmiş aparıcısı telekanal rəhbərliyini hədələyib.


Kult.az xəbər verir ki, telekanalın ''Şokolad'' verilişinin aparıcısı olmuş Ülviyyə Alovlu ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığını edib.


Aparıcı Feysbuk hesabında bildirib ki, ANS iki ildir onun məvacibini vermir:

“Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm! Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki "sabahlarla" başımı bişirməyinizdən təngə gəldim artıq!!!”. 

Şərhlər