access_time Dərc olunub: 09:52
“Stalinin başı”nı görmək üçün Bakıda izdiham yaşandı

Dünən Nizami Kino Mərkəzində Atv və “İlk Media”-nın birgə istehsalı olan "Stalinin başı" adlı macəra komediya filminin premyerası uğurla baş tutub.


TİA.AZ xəbər verir ki, qala-gecəsində şou-biznes ulduzları, artistlər, idmançılar, aparıcılar və KİV nümayəndələri, eləcə də filmin yaradıcı kollektivi iştirak edib.

Təqdimatdan əvvəl yaradıcı kollektiv qonaqların alqışları altında qırmızı xalçadan keçib. Gecənin açılışında İlkin Həsəni bildirib ki, çəkilişlər Bakıda, İosif Stalinin Gürcüstanın Qori şəhərində yerləşən muzeyində və Qusar rayonunda çəkilib. Məşhur aparıcı və aktyor daha sonra jurnalistlərin yaradıcı kollektivə göstərdiyi dəstəyə görə onlara öz təşəkkürünü bildirib.

Filmin prodüseri İlkin Həsəni "Stalinin başı"nın "Ay brilliant" və "Axırıncı yol" filmlərindən daha iddialı olduğunu bildirib. Onun sğzlərinə görə, çəkiliş meydançasında ekstrimal hadisələrlə üzləşiblər: 

"Bu film daha komik, daha dinamik olduğundan daha çox tamaşaçı auditoriyası toplayacaq. Ən böyük çətinliyimiz Gürcüstanda oldu. Qərib bir ölkədə sənə heç doğma səfirliyin də dəstək olmur və orada təkbaşına çəkilişlər üçün gərəkli olan hər şeyi yalnız özün etməlisən. Demək olar ki, filmin 80 faizi kaskodyorluq tələb edən səhnələrdən ibarətdir".

Filmi gənc rejissor Emil Abdullayev çəkib. Ekran işində İlkin Həsəni ilə yanaşı Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıb. 

Filmin premyerası tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.

Şərhlər