access_time Dərc olunub: 12:06
Milyarderin 26 yaşlı oğlu Hadisəni VİLLASINA APARDI

Türkiyəli milyarder Ömər Sabancının ortancıl oğlu Hakan Sabancı 26 yaşı tamam olması münasibətilə özünə təmtəraqlı doğum günü keçirib.


TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, milyarder oğlunun doğum günündə sevgilisi olduğu iddia edilən müğənni Hadisə də iştirak edib. Hakan Sabancının qardaşının villasında baş tutan doğum günü partisində yaxın dostları və məşhur model Özge Ulusy da olub.

Yeri gəlmişkən qeyd edək ki, Özge Ulusoy Hakan Sabancının böyük qardaşı Hacı Sabancı ilə sevgilidir.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl Hadisə Hakan Sabancının bahalı avtomobilində görüntülənmişdi. Lakin 31 yaşlı Hadisə milyarder oğlu ilə sevgili olmasını inkar edib: "Dostlarımızla yemək yedik. Hakan Sabancı da bizimlə idi. Mənim avtomobilim olmadığı üçün taksi ilə getməyə icazə vermdilər. Sabancının avtomobili məni evimizə apardı".

Şərhlər