access_time Dərc olunub: 11:42
Əli Mirəliyev Səməd Səmədovu biabır etdi - VİDEO

Müğənni Əli Mirəliyev xalq artisti Səməd Səmədovu tənqid edib.

TİA.AZ-ın məlumatına görə, ifaçı S.Səmədovu himnimizin müəllifini bilməməkdə günahlandırıb.

Ə.Mirəliyev "ARB TV"nin "Evgördü" verilişinə açıqlamasında bildirib ki, müğənni musiqimizi yaxşı bilmir:

"Sən öz dilində danışırsansa, musiqini də bilməlisən. Öz musiqini bilmirsənsə, nədən danışa bilərsən?! Bizim xalq artistimizə sual verirlər ki, himnimizi kim yazıb? Səməd Səmədov himnimizi kimin yazdığını bilmir. Bunu balaca uşaqdan da soruşsan, vətənpərvərlik hissi varsa, biləcək. Ora-burasın kəsir, sırğa taxır, 70 yaşı var, amma saçı qaradır, dodağın silikonlaşdırır. Qadın olsa yenə nəsə anlamaq olar. Mən də o saçları saxlaya bilərdim. Mən gənc yaşımda da gözəl olmuşam, indi də gözələm. Kişi gərək kişi kimi olsun. Orasın-burasın dartdırmaqla kişi olunmur. Bu cür iradlarımdan sonra məndən inciyirlər. Səmədlə biz dostuq. Televiziyada gördüm ki, himnimizin sözlərini kimin yazdığını bilmir. Dedim ki, bilmirsənsə, vəziyyətdən çıxardın da, soruşardın məndən. Himnin sözlərini kimin yazdığını bilmirsənsə, sən necə xalq artistisən?! Hər bir vətəndaş bilməlidir. Mən ona düzgün yol göstərirəm".

Şərhlər