access_time Dərc olunub: 13:24
Antonio Banderas xəstəxanaya yerləşdirildi

Məşhur Hollivud aktyoru Antonio Banderas sinəsindəki güclü ağrılar səbəbindən Surrey qraflığındakı xəstəxanalardan birinə yerləşdirilib.


TİA.AZ xəbər verir ki, bu barədə “Sun” qəzeti yazıb.

Qəzet bildirib ki, 56 yaşlı aktyor məşq zamanı sinəsində güclü ağrılar hiss edib və təcili yardım çağırıb. Təcili olaraq xəstəxanaya yerləşdirilən Banderas bir müddət həkim nəzarətində qalıb.

Müayinədən sonra onun səhhətində ciddi problem olmadığı bildirilib və aktyor evə buraxılıb.

Qeyd edək ki, aktyor 2015-ci ildən İngiltərənin Surrey qraflığındakı malikanəsində yaşayır.

Şərhlər