access_time Dərc olunub: 09:31
Xalq artistinin oğluna təcili kömək lazımdır

Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalova böyrək üçün təcili donor lazımdır.


TİA.AZ xəbər verir ki, bu barədə onun bacısı Gülbəniz Zeynalova “Yeni Müsavat”a açıqlamasında bildirib. Onun sözlərinə görə, donor tapılmazsa, qardaşının aqibəti faciə ilə bitə bilər: “Artıq bir müddətdir ki, xəstəxanadan evə buraxılıb. Şükür ki, axsayaraq da olsa yeriyə bilir.

İnsult olan tərəfində də irəliləyiş var. Lakin təzyiqi hələ də yüksəkdir və böyrəyi üçün böyük təhlükədir. Həkimlər bildirir ki, təcili əməliyyat olunmazsa, proses dializə çevrilə bilər. Hələ ki, donor tapılmayıb. Səhiyyə Nazirliyinə də bu barədə məktub göndərmişik. Lakin oradan da bir xəbər yoxdur. Mətbuat vasitəsilə müraciət edirəm ki, bizə köməklik edilsin. Qardaşım əməliyyat olunmazsa, aqibəti faciəli ola bilər”.

Xatırladaq ki, xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bir müddət bundan əvvəl yolda gedərkən qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub. İnsult keçirən aktyora hazırda təcili böyrək üçün donor lazımdır.

Şərhlər