access_time Dərc olunub: 18:01
EFİR TƏXİRƏ SALINDI

TİA.AZ xəbər verir ki, xalq artisti Faiq Ağayev bu gün baş verən faciə ilə bağlı olaraq efirə çıxmayacaq. Bu barədə F. Ağayev facebook profilində məlumat verib:

"Bu axşam Xəzər TV-də, "5/5" verilişində Zaurun qonağı olmalı idim. Səhərdən özümə yer tapa bilmirdim. Axı bu dönəmdə efirə necə çıxım? Mümkün deyildi. Dənizdə baş vermiş faciə ilə bağlı yayım təxirə salındı. "Xəzər TV" rəhbərliyinə bu günkü efir düzənini ümumən dəyişdiyinə görə minnətdaram. Allah neftçilərimizə yar və yardımçı olsun!".

Xatırladaq ki, bu gün gecə saatlarında “Azneft” İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb. Rəsmi məlumata görə, 10 nəfər itkin düşüb, onlardan birinin cəsədi tapılıb.

Şərhlər