access_time Dərc olunub: 18:22
İran: "Buna imkan verməyəcəyik"

İran terrorçuların ölkədəki sabitliyin pozulmasına yönəlmiş hərəkətlərinə imkan verməyəcək.


TİA.AZ xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranın Suriyadakı terrorçuların mövqeyini raket atəşinə tutması iyunun 7-də parlamentdə törədilən terror aktına cavabdır. İran beynəlxalq terrorçuluqla mübarizə aparmaq istəyən dövlətlərlə həmişə əməkdaşlıq etməyə hazırdır.

B.Qasemi qeyd edib ki, İrana sabitliyi pozmağa və xalqı təşvişə salmaq istəyənlərə rəsmi Tehranın cavabı ağır olacaq.

Şərhlər