access_time Dərc olunub: 17:46
Artur Rəsizadə sədr seçildi

Bu gün Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.


Fonddan TİA.AZ-a verilən məlumata görə, baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rəsizadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir A.Rəsizadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Şərhlər