access_time Dərc olunub: 15:54
İran prezidenti Azərbaycana cüzi məbləğ ayırdı

İran Prezidenti Həsən Ruhaninin göstərişi ilə Şərqi Azərbaycanda daşqınlar zamanı xəsarət almış insanların problemlərinin həllinə vəsayit ayrılıb.


TİA.AZ xəbər verir ki, “Nəsrneyus”a danışan Şərqi Azərbaycan valisinin müavini Məhəmməd Sadiqpur ayrılan vəsaitin 20 milyard tümən (5 milyon dollar) olduğunu bildirib. Qeyd edib ki, bununla bağlı bütün əlaqədar qurumlar işə cəlb olunub və bugündən bölgədə bərpa işlərinin aparılmasına başlanılıb.

Ayrılan vəsaitin həddən artıq az olmasına diqqət çəkən Məhəmməd Sadiqpurun sözlərinə görə, daşqınlar zamanı dəymiş ziyanı aradan qaldırmaq üçün 320 milyard (80 milyon dollar) tümən vəsait lazımdır.

Şərhlər