access_time Dərc olunub: 16:43
KEÇMİŞ DEPUTAT PROREKTOR OLDU

Bir neçə gün öncə  mətbuatda keçmiş millət vəkili Ceyhun Osmanlının Odlar  Yurdu Universitetində pedaqoji fəaliyyətə başlaması ilə bağlı xəbərlər yayıldı. 


Xatırladaq ki, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev də xəbər saytlarına  Ceyhun Osmanlının universitetdə pedaqoji fəaliyyətlə məşğul olduğunu bildirmişdi. 


TİA.AZ-ın əldə etdiyi məlumata görə isə Ceyhun Osmanlının  Odlar Yurdu Universitetində təkcə müəllim kimi fəaliyyət göstərmir. Belə ki, keçmiş millət vəkili dünəndən etibarən artıq universitetin Beynəlxalq əlaqələr və İnnovasiyalar  üzrə prorektoru təyin olunub. Xatırladaq ki, Ceyhun Osmanlı iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Bundan əvvəl millət vəkili kimi fəaliyyət göstərib, “İrəli” İctimai Birliyinin sədri olub. Son parlament seçkilərinə isə qatılmadığı üçün millət vəkili kimi fəaliyyəti dayanıb.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort