access_time Dərc olunub: 19:21
"PETROSYAN SİYASƏTÇİ KİMİ SARKİSYANDAN QAT-QAT UZAQGÖRƏNDİR"

Qarabağ probleminin indiki mərhələdə həll olunmayacağı təqdirdə Ermənistanı gözləyən böyük faciələrin anonsunu verən keçmiş prezident Levon Ter-Petrosyan növbəti ilginc açıqlamaları ilə diqqəti özünə cəlb edib. 


O, Ermənistan televiziyasına müsahibəsində işğalçı ölkənin vətəndaşı olduğunu etiraf edərək deyib ki, hazırkı durumda problem Ermənistanla Azərbaycan arasında yox, İrəvanla dünya birliyi arasındadır.


Ter-Petrosyanın  fikirlərini şərh edən politoloq Rasim Ağayev TİA.AZ-a bildirdi ki, Qarabağ müharibəsi və Azərbaycanın itkiləri birinci növbədə elə Ter- Petrosyanın “parlaq fəaliyyəti” vaxtında baş vermişdir: “Bu sadəcə olaraq, onun indiki vəziyyəti ilə bağlıdır. Digər tərəfdən isə o, bir erməni milli xadimi kimi Ermənistanda yaranmış vəziyyətin halına yanır və belə olmasını istəməzdi. Yaxşı başa düşür ki, əgər indiki siyasət davam etsə, Ermənistanın əhalisinin vəziyyəti çox pisləşəcək. Bunun nəyə gətirib çıxaracağını isə indidən bilmək olar. Hər halda bu ermənilər üçün yaxşı qurtara bilər. Məhz buna görə də onun dünyagörüşündə belə dəyişikliklər baş verir. O, bir siyasətçi kimi Sarkisyandan qat-qat uzaqgörən bir insandır. Belə bir fikirdən çıxış edəndən sonra o görür ki, bütün bunlara baxmayaraq, Sarkisyanın partiyası və tərəfdarları Ermənistanda gedən seçkilərdə qalib gəldilər. Ter- Petrosaynın siyasi fikirlərinə Ermənistanın çoxluğu yox, azlığı tərəfdar çıxdı. Millətçilik ideyası ilə vaxtilə çıxış edən Levon Ter-Petrosyan və onun ətrafında olan xadimlərin fikirləri erməni ictimaiyyəti tərəfindən tam qəbul edilib. Ancaq faktiki olaraq ona gətirib çıxarıblar ki, onlar nə Ter-Petrosyanın özünü, nə də tərəfdarlarını qəbul etmək istəmirlər”.


İlahə

 

Şərhlər