access_time Dərc olunub: 09:52
Jirinovskidən Mehriban Əliyevaya dəstək

Bu gün Rusiya Federasiyası Dövlət Dumasının binasında RLDP lideri Vladimir Jirinovski Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti postuna təyinatını şərh edib.

TİA.AZ virtualaz-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Vladimir Vladimiroviç Jirinovski bu gün Rusiya Federasiyasının Dövlət Dumasında mətbuat qarşısında çıxış edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyinatı haqda çox müsbət fikirlər söylədi”, -deyə Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

V.Jirinovskinin fikrincə, bu, cəmiyyətə daxili güc verir, cəmiyyətin ölkənin simvolunun - onun hökmdarının ətrafında birləşməsinə aparır. Və cəmiyyətin belə daxilən təşkili Şərq və Asiya ölkələrinə əhəmiyyətli dərəcədə daha yaxındır, nəinki Qərb ölkələri tərəfindən zorla sırınan psevdodemokratik sistem.

Siyasətçi onu da bildirib ki, ölkələrin mental xüsusiyyətlərini, tarixi təcrübəsini və idarəetmənin müxtəlif modellərinə sədaqətini nəzərə almaq lazımdır: "Və yeni tarix əyani şəkildə göstərir ki, Qərbdə və Şərqdə yollar müxtəlifdir. Və onların arasında effektiv qarşılıqlı təsir yalnız cəmiyyətin müstəqil tarixi seçiminin qəbul edilməsi və ona qarşılıqlı hörmət bəslənilməsi şərti ilə mümkündür”.

Şərhlər