access_time Dərc olunub: 14:56
“Qarabağda keçiriləcək “referendumu” heç bir dövlət tanımayacaq”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejim tərəfindən keçiriləcək qanunsuz referendumla bağlı məsələyə münasibət bildirib.


TİA.AZ xəbər verir ki, Z.Əsgərov jurnalistlərə açıqlamasında işğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz “referendum”um heç bir hüquqi nəticəsi olmadığını söyləyib:

“Bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər. Dağlıq Qarabağ deyilən qondarma qurumu heç bir dövlət tanımır. Bu dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır. Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Ona görə də biz bu “referendum”u tanımırıq. Sadəcə, onlar bu “referendum”u keçirməklə özlərini yada salmağa çalışırlar ki, biz də varıq. Yəni, dünya dövlətlərinə özlərini göstərsinlər ki, guya burda da “referendum” keçirilir. Amma, dünya dövlətlərinin onları tanımadığını unudurlar. Dağlıq Qarabağ Azərbaycanən ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər”.

Şərhlər