access_time Dərc olunub: 12:31
"Qarabağı müstəqil ölkə kimi tanımırıq" - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma "referendum" keçirilməsi ilə bağlı məlumatla bağlı bəyanat yayıb.


TİA.AZ TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in mətbuat xidmətinin bəyanatında rəsmi Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı vurğulanır.

"Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Statusun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməsinin vacib olması mövqeyindən çıxış edirik ", - bəyanatda vurğulanır. 

Şərhlər