access_time Dərc olunub: 17:05
Ziyafət Əsgərov Fazil Mustafaya: “Başınız bədii ədəbiyyata qarışıb...”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.


TİA.AZ xəbər verir ki, iclasda deputat Fazil Mustafa qanun layihəsində “faktiki işğal olunduqda” ifadəsinə etirazını bildirib:

“Məgər virtual işğal da olur? İşğal işğaldır da!”.

Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə Fazil Mustafanın iradlarına cavab verib:

“Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada belə qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda!" Ardı da var. Fazil bəy, başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”.

Şərhlər