access_time Dərc olunub: 19:00
İlham Əliyev 5 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.


TİA.AZ xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1563; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 dekabr tarixli 1148 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

1.1. 5.3-cü bənddə “bir” sözü “iki” sözü ilə əvəz edilsin.

1.2. 5.4-cü bənddə “müavini” sözü “müavinləri” sözü ilə, “ona” sözü “onlara” sözü ilə, “daşıyır” sözü “daşıyırlar” sözü ilə əvəz edilsin.

1.3. 5.5.3-cü yarımbənddə “müavininin” sözü “müavinlərinin” sözü ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;

“Azərbaycan Respublikası Prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Şərhlər