access_time Dərc olunub: 15:23
Gürcü nazir Bakını bu təşkilata qaytarmaq üçün gəlir

Gürcüstan Ədliyyə naziri Teya Çulukiani Bakının Açıq Hakimiyyət Beynəlxalq Təşkilatına (OGP) dönməsi ilə əlaqədar məsələləri müzakirə etmək üçün Azərbaycana səfər edib.


TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Ədliyyə Nazirliyi yayıb.

Nazirlik Azərbaycanın yenidən bu təşkilata tamhüquqlu üzv olması haqqının geri qaytarılmasının Gürcüstan üçün çox vacib olduğunu bildirib. Çulukiani Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Ədliyyə naziri Fikrət Məmmədov və Milli Məclisin deputatları ilə görüşəcək.

Qeyd edək ki, 2016-cı ildə təşkilatın Keyptaun sammitində Azərbaycanın statusu tamhüquqlu üzvdən qeyri-aktiv ölkələr sırasına qədər azaldılıb. O zaman OGP-nin bu qərarını Gürcüstan dəstəkləməmişdi.

OGP 2011-ci ildə yaradılıb. Təşilatın əsas təsisçiləri ABŞ, Böyük Britaniya, Braziliya, Norveç, İndoneziya, Meksika, Filippin, CAR olub. Hazırda OGP-yə 69 ölkə üzvdür.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort