access_time Dərc olunub: 09:45
Azərbaycan prezidenti Ukraynaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Ukraynaya rəsmi səfər edəcək və Ukrayna və Azərbaycan Prezidentləri Şurasının VI iclasında iştirak edəcək.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, iki ölkə prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirib və xüsusilə sözügedən iclasa hazırlıq prosesini müzakirə ediblər. Dövlət başçıları Şuranın 2016-cı ildə Bakıda keçirilmiş V iclasında əldə olunan razılaşmaların uğurla həyata keçirildiyini vurğulayıblar. (Report)

Şərhlər