access_time Dərc olunub: 11:06
Mədət Quliyev `reket` jurnalistlərin həbsinin səbəbini açıqladı

Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar.

TİA.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, reket jurnalistlər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: “Bu qalmaqallı məsələdir. Jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar. Bununla bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək”.

Şərhlər