access_time Dərc olunub: 13:12
Təhsil Nazirliyi deputatın şikayətinə cavab verdi

Təhsil Nazirliyi millət vəkili Elmira Axundovanın orta məktəblərdə istilik probleminin olması ilə bağlı Milli Məclisdə qaldırdığı məsələyə münasibət bildirib.


TİA.AZ xəbər verir ki, nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublikada məktəblərin əksəriyyəti istiliklə təmin olunub və yaranan problemlər aidiyyəti qurum tərəfindən müraciət əsasında baxılır.

Məlumata bildirilib ki, məktəblər 3 növ isidilmə üsulu ilə qızdırılır: “Fərdi qazanxanası olan, mərkəzləşdirilmiş istiliyə qoşulan və digər yanacaq növləri ilə işləyən məktəblər. Məktəblərin əksəriyyəti istiliklə təmin olunub, Bir sıra hallarda yaranan problemlər əsasən təzyiqin zəif olması və eyni zamanda məktəblərin qazanxana sistemindəki nasazlıqla bağlı olur”.

Qeyd edək ki, Milli Məclisdə keçirilən büdcə müzakirələrində çıxış edən deputat Elmira Axundova “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılıq edib. Deputat bəzi məktəblərdə istilik sisteminin işləmədiyini deyib: “Azərbaycanda məktəblər inşa olunur və istilik sistemi qurulur. Amma bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuqda dərs öyrənməli olur. Bu problem öz həllini tapmalıdır”.

Şərhlər