access_time Dərc olunub: 17:01
Tramp istefaya göndərilə bilər

Qeyd edək ki, Donald Tramp noyabrın 8-də keçirilmiş prezident seçkilərində seçkiicilər kollegiyasının 290, Klinton isə 232-nin səsini alıb. Miçiqanda səslərin sayılması hələ bitməyib, ancaq indiyə qədərki nəticə Trampın xeyrinədir.


Bir neçə ştatda səslərin sayılmasını müşahidə edən “Cook Political Report” təşkilatı isə Hillari Klintonun Donald Tramp üzərində 2 milyon səs fərqi ilə qalib gəldiyini bəyan edib. “Detroit Free Press” qəzeti isə Miçiqan ştatında Donald Trampın sabiq dövlət katibini 10 704 səslə qabaqladığını yazıb. Bu göstəriciyə əsasən D.Tramp 1988-ci ildən bəri Miçiqan ştatında qalib gələn ilk Respublikaçı namizəddir. 

Səslərin yenidən sayılması ilə bağlı mübahisəyə Yaşıllar Partiyasının prezidentliyə sabiq namizədi Cill Stayn da qoşulub. O, Viskonsin ştatında səslərin hesablanmasında ödənilməsi lazım olan 2,5 milyon dollar məbləği toplayıb. Cill Stayn nəticələri tərəddüdlü hesab edilən Miçiqan və Pensilvaniya ştatlarında da noyabrın 28-dək vəsaitlərin yığımının başa çatdırılmasını gözləyir. 


Seçkinin ikinci turu keçirilir?

ABŞ-ın yeni dövlət başçısının öz komandasını formalaşdırmağa başladığı bir vaxtda seçkilərin nəticələrinin şübhə altına alınması Amerika ictimaiyyəti ilə yanaşı, bütün dünyanı çaşdırıb. Çünki Hillari Klinton seçkilərin nəticəsini tanıyıb və rəqibini təbrik edib. Artıq ABŞ prezidenti Barak Obama da öz xələfi ilə görüşündən sonra dövlət sirrlərinin ötürülməsi işlərinə başlayıb. Bura ən yüksək səviyyəli kəşfiyyat məlumatları, nüvə silahlarının sayı və istifadəsinə dair məxfi sirlər, həmçinin ABŞ-ın geostrateji maraqları ilə bağlı siyasi planlar daxildir. Yanvarın 20-də isə Donald Trampın 45-ci prezident kimi fəaliyyətə başlaması üçün inaqurasiya mərasimi keçiriləcək. 

Belə bir vaxtda, gözlənilmədən Birləşmiş Ştatlarda prezident seçkilərinin nəticələrinin şübhə altına alınması müxtəlif ehtimalları ortaya çıxarır. Səsverməyə hakerlərin müdaxiləsi ilə Hillari Klintonun məğlub duruma salındığı haqda iddialar Donald Trampın prezident kimi legitimliyini şübhə altına alır. Bu isə ən azı səslərin təzədən sayılması və seçkilərin nəticələrinin dəyişdirilməsi, ən yaxşı halda ikinci turunun keçirilməsinə yol aça bilər. Diqqəti cəlb edən ən önəmli məqamlardan biri D.Trampın səhhətinin prezidentlik üçün yaramaması barədə rəsmi açıqlamanın verilməsidir.
 
“Donald Tramp “Ağ Ev”də ürəktutması keçirə bilər. Cebhe.info-nun məlumatına görə, bu açıqlamanı ABŞ-ın yeni seçilmiş prezidentinin həkimi kardioloq Patrik Hek verib. “Yeni seçilmiş Donald Trampın ABŞ prezidentliyi iş qrafikinin çox yorğun və yuxusuz gecələrinə görə, ölümcül ola bilər”- kardioloq belə deyib. 

Bundan əlavə o, Trampın ürək tutmasının birbaşa Ağ evdə olacağını iddia edir: “70 yaşlı insan üçün gərgin seçkiqabağı kampaniya, yuxusuz gecələr və yorğun iş qrafiki ürəyinə ciddi təsir göstərə bilər ” - deyən Hek Tramp yaşında adamların adətən, 14 il yaşadığını bildirib.


Tramp istefaya göndərilə bilər

Səslərin yenidən sayılması barədə təkliflərin səslənməsi ilə eyni gündə Donald Trampın səhhətinin prezidentlik üçün yararlı olmaması barədə iddiaların bəyan edilməsi ABŞ-ın yeni dövlət başçısının ciddi siyasi təzyiqlərlə üzləşməsi kimi başa düşülə bilər. Hələ prezident seçkiləri ərəfəsində siyasi ekspertlər Donld Trampın qalib gələcəyi təqdirdə belə təhdidlərlə üzləşəcəyini proqnozlaşdırırdılar. Kifayət qədər az siyasi təcrübəyə malik olan D.Trampın ABŞ-ın strateji maraqlarını Rusiyaya güzəştə getmək, həmçinin Amerikanın NATO daxilindəki fəaliyyətinə ciddi önəm verməmək planları ölkə rəhbərliyi tərəfindən narahatlıqla qarşılanırdı. Ona görə də analitiklər D.Trampın siyasi mövqeyini dəyişmək üçün Dövlət Departamenti, Konqres, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon tərəfindən ciddi təzyiqlərlə üzləşəcəyini istisna etmirdilər. Ekspertlərin rəyinə görə, D.Trampın səriştəsizliyi Amerikanın milli təhlükəsizlik maraqlarına problem yaradarsa, o zaman milyarder prezidentə qarşı iki tədbir görülə bilər. O, konstitusiyaya uyğun olaraq, ya Konqres tərəfindən istefaya göndəriləcək, ya da prezident Kennedi kimi müəmmalı sui-qəsdin qurbanı ola bilər. Hazırda ABŞ-dan gələn məlumatlar D.Trampın “fikirlərini və planlarını yonmaq” üçün siyasi təzyiqlərlə qarşı-qarşıya qaldığını deməyə əsas verir. Əks təqdirdə, səsvermənin nəticələrinin kiber hücumlar vasitəsilə dəyişdirildiyi elan olunmaqla D.Tramp öz postundan məhrum edilə bilər. Trampı “Ağ Ev”də ürək tutmasından ölüm gözlədiyinə dair həkim xəbərdarlığı isə ona “xoşluqla kənara çəkilmək” mesajı anlamına gəlir. 

Müşfiq Abdulla

Şərhlər