access_time Dərc olunub: 15:51
“MƏNDƏ 200 MİN MANAT HARDADIR Kİ...?”

Ramiz Məlik: “Məleykə kimi 4 mərtəbəli evim, binam yoxdu. Mən o deyiləm. Onu ictimaiyyət qınayır. Hamı onu lənətləyir”

“O mənim nəvələrimi oğurladacağını deyir, ailəmi təhqir edir. Mən sərt danışa bilmərəm?”

Xalq artisti Ramiz Məlik Məleykə Əsədovanın ondan 200 min manat təzminat istəməsini eşidib özündən çıxdı. "Şərq”in əməkdaşına bu barədə danışan xalq artisti Məleykə Əsədova barədə yenidən sərt ittihamlar səsləndirdi.

- Ramiz müəllim, xalq artisti Məleykə Əsədova ilə aranızda yaşanan insidentdən sonra sizi məhkəməyə verib. Məhkəmədə onu təhqir etdiyiniz üçün 200 min manat mənəvi təzminat tələb edir.

- Pah atonnan! 200 min manat? Bəlkə 2 milyon tələb etsin? Başqa nə istəyir görəsən? O, 200 min istəyə bilər. Amma hardan? Məndə o qədər pul hardandı? Bu gülməlidi. Mən də məhkəməyə verib onun təhqirlərinə görə iki dəfə artığını tələb edə bilərəm.

- Edə bilərsiz? Ya edirsiz?

- Eləmirəm. Çünki bunu istəmirəm.

- Amma bir həqiqət var ki, sizdən rəsmi şəkildə şikayət olunub. Və böyük məbləğdə təzminatdan söhbət gedir. Siz də təhqir olunmusuzsa, niyə məhkəməyə üz tutmursuz?

- Mən Məleykə deyiləm. O edir, eləsin. Qaldı təzminata, mənim Məleykə kimi 4 mərtəbəli evim, binam yoxdu. Mən o deyiləm. Onu ictimaiyyət qınayır. Hamı onu lənətləyir. Hansı hakim onu haqlı saya bilər?

- Faktiki olaraq Məleykə xanım rəsmi şikayət edib...

- Etsin də. Nə vaxt Azərbaycanda təhqirə görə o qədər məbləğ ödənib ki?

- Hər halda o qədər məbləğ də olmasa, yəqin ki, müəyyən bir məbləğ təyin edilə bilər. Buna gücünüz çatarmı?

- Xeyr. Mən bir qəpik də ödəyən deyiləm. Bir qara qəpik də olmayacaq.

- Deyirsiz ki, məhkəmə bu məbləği təyin etsə də, ödəməyəcəksiz. Siz rəsmi qanun tələb etsə, əleyhinə çıxarsız?

- O məndən nə isə tələb edə bilər. Amma o pulu almağa hünəri çatmayacaq. İctimaiyyət qalxıb onun üstünə, məndən nə tələb edə bilər? Onu elə söyürlər ki, o məndən pul istəyə bilməz.

- İctimaiyyətin ayağa qalxması qanunla tələbi yerinə yetirməmək üçün əsas ola bilməz axı...

- İctimaiyyətin təsiri hüquq-mühafizə orqanlarının təsirindən daha çoxdu. Az qala Avropa Şurasının, Haaqa Məhkəməsinin cinayət məcəlləsi ilə məni müqəssir elan etsin, məni ya assınlar, ya da güllələsinlər. Qaldı məhkəmə olar, mənimlə üzləşər, orda ona deyəcək sözlərim var. O məni necə məhkəməyə verir ki, əvvəl o məni təhqir edib. Mənim qız nəvələrimi oğurlatmaq istəyir, başlarına oyun açdıracağını deyir. Arvadımı təhqir edi. Mən buna dözə bilərdim?

- İddia edirsiz ki, Məlyekə Əsədova sizin qız nəvələrinizi oğurlatmaqla hədələyir?

- Bəli. O, qızımın əxlaqını təhqir edib.

- Ailənizə bu qədər təhqir olunubsa, siz niyə hüquq-mühafizə orqanlarına müraciət etmirsiz?


- Axı mən Məleykə deyiləm. Onun kimi səviyyəsiz deyiləm. Teatrın imicini qorumağa məcburam. O bunu anlamır.

- Sizin ailəniz təhqir olunursa, burda teatrın imicini nəzərə almağın yeri varmı? Ailəyə dil uzadan insanı bağışlamağa dəyərmi?

- Dəyməz. Amma mən onun səviyyəsində biri deyiləm. O, arxasına bir də baxsın. Hardan gəlib, hara çıxıb.

- Siz yenə də Məleykə Əsədovanın keçmişini vurğuladınız. Amma iki gün keçir, üzr istəyirsiz...

- Ondan qadın olduğu üçün üzr istədim. Qadınlığını nəzərə aldım, kişi kimi üzr istədim. İndi də əlimi uzada bilərəm ona.

- Qızınızı oğurlamaqla hədələyən insanı necə teatrın imicinə görə bağışlaya bilirsiz? Axı ailə daha dəyərli sayılır?

- Teatrın imicini nəzərə alıram. İstəmirəm bu söhbət böyüsün.

- Siz istəsəz də, istmməsəz də, teatrın iki xalq artisti arasında insident baş verib. Artıq burda iki tərəfin şərəf və ləyaqətindən, ailə dəyərlərindən söhbət gedir.

- Mən təhqir ediləcək nə demişəm ki? O mənim evimə yığıb məni təhqir edib, ailəmi təhqir edib, bizi hədələyib. O məni necə məhkəməyə verir ki? Məleykə mənim qızımla məni şantaj edib. Mən yenə ona barışıq əli uzadıram. O, keçmişini unudur.

- Siz yenə də kifayət qədər Məleykə Əsədova ilə bağlı sərt ittihamlar səsləndirdiz...


- O mənim nəvələrimi oğurladacağını deyir, ailəmi təhqir edir. Mən sərt danışa bilmərəm? O hər sözü deyəcək, mən susmalıyam?

- Elə biz də soruşuruq ki, sizin nəvənizi oğurlayacağını deyən insana niyə barışıq əli uzadırsız?

- Mən öz böyüklüyümü göstərirəm. Yenə də deyirəm ki, barışıq əlini uzadıram. Ağlı varsa, barışar.

- Aranızda yaşananlarda hörmət, böyük-kiçik münasibəti qalıbmı? Hansı hörmətdən danışırıq?

- Mən onun ağlında olan insan deyiləm. Yenə də qeyd edirəm ki, qadınlığına görə barışığa gedə bilərəm.

- Dediyiniz bu qədər ittihamlardan sonra yenə barışmaq istəyirsiz?

- Bəli, mən barışığa gedə bilərəm. Qoy məni versin məhkəməyə. Qoy məni güllələsinlər, ömürlük həbs kəssinlər. Sonra? Daha nəyə gücü çatar ki?
TİA.AZ

Şərhlər