access_time Dərc olunub: 11:46
Toyuna gəlməyənləri məhkəməyə verdi – Azərbaycanda

Azərbaycanda adı açıqlanmayan bir şəxs tərəfindən vəkilə qəribə müraciət edilib.

 

TİA.AZ xəbər verir ki, bu barədə Ölkə.az-a hüquqşünas-vəkil Vüqar Səfərli məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət edib:

"Təbii ki, tragikomik durumdur. Belə bir müraciətin təmin olunması da qeyri-realdır. Görünən budur ki, son illərdə Azərbaycanda ailə qurmağa həm də biznes marağı kimi baxırlar".

Qeyd edək ki, 2013-cü ildə də Azərbaycanda bu cür hadisə olmuşdu. Vəkil Anar Qasımlı bildirmişdi ki, vətəndaş övladının toyuna dəvət etdiyi, ancaq toya gəlməyən 80 nəfəri məhkəməyə vermiş, vaxtilə onların toyuna yazdırdığı pulları geri tələb etmişdi.

Şərhlər