access_time Dərc olunub: 12:40
Ermənistan ordusunun yanvar itkiləri

Yanvar ayında Ermənistan ordusunda itkilərin sayı ötən illə müqayisədə artıb.


TİA.AZ erməni KİV-lərinə xəbər verir ki, yanvarda Ermənistan ordusu 6 hərbçisini itirib, 3 hərbçi isə yaralanıb.

Yanvarın 5-də hərbçi Hayzek Babeyan avtomatdan atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.

Yanvarın 16-da 2 erməni əsgəri ölüb. Belə ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan erməni əsgər Qarik Vardanyan İrəvanda hərbi hospitalda keçinib.

Həmin gün saat 12:35 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1995-ci il təvəllüdlü Arayik İqor Sarkisyanın meyiti aşkar edilib.

Yanvarın 16-da saat 23:55 radələrində əsgər, 1997-ci il təvəllüdlü Qurqen Sarkisyan kiçik çavuş tərəfindən güllələnib. Onun vəziyyətinin hələ də ağır olduğu bildirilir. Daha öncə isə erməni əsgərin ehtiyatsızlıq nəticəsində özünü güllələdiyi haqda məlumatlar yayılmışdı. Hətta intihar versiyaları da müzakirə edilirdi.

Yanvarın 18-də, saat 14:00 radələrində 1997-ci il təvəllüdlü Andranik Smbat Musikyan cəbhədə baş verən atışma zamanı ölüb.

Yanvarın 23-də cəbhədə Ermənistan tərəfinin təxribatı nəticəsində baş verən atışmada Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müqavilə əsasında xidmət aparan 1995-ci il təvəllüdlü Karen Marat Ulubabyan həyatını itirib.

Yanvarın 25-də Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyanın meyiti döyüş mövqeyində yerləşən "N" saylı hərbi hissədə aşkarlanıb. Şavarş Qalstyanın intihar etdiyi bildirilib. Ehtimal olunur ki, o, odlu silahla çənə nahiyəsindən atəş açıb.

Yanvarın 27-də Ermənistanın Müdafiə Nazirliyinə məxsus "N" saylı hərbi hissənin 19 yaşlı əsgəri Sarkis Samvel Apinyanın hərbi hissənin düzülüş meydanında vəziyyəti pisləşib. Apinyan tibb məntəqəsinə aparılıb. Həmin gün saat 17:35 radələrində isə ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq itkilərini gizlədir. Şübhəsiz ki, düşmənin real itkiləri yuxarıda göstərilən rəqəmlərdən çoxdur.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort