access_time Dərc olunub: 10:29
ÖLÜM ANINDA NİYƏ KEÇMİŞİ XATIRLAYIRIQ?



TİA.AZ  türk  mətbuatına  istinadən bildirir ki, ölümə  yaxınkən  insanın həyatının gözlərinin  önündə canlanması  sübut  olundu.  


İsraildə  Hadassa  Universitetində  edilən araşdırmaya  görə  beyin xatirələri  depolayan  hissəni  ən  son xəsarət  alan  yerlər  olduğu  üçün xatirələr  yaşamın son anlarda  ortaya  çıxır. 

İsraildə  ölümdən  qayıdan  insanlar  üzərində  aparılan  araşdırma  ölüm anında insanların  istifadə  etdiyi  “ həyatım  bir  film  kimi  gözlərimin  önündən  gəlib  keçdi” ifadəsinin arxa  planını  ortaya qoydu.  Hadassa  Universitetinin  mütəxəssisləri  bunu  yaşamış 7  insanın ifadələrini  analiz  edərək  bildiriblər. Araşdırmada  iştirak  edənlər  o  an  həyatlarının  müxtəlif  vaxtlarında  xatirələrin bir-bir  ardıcıl  gəldiyini, ancaq  bunun xronoloji olmadığını  dedilər. Araşdırmaçılar  bu  durumun  beynin  avtobioqrafik anılarını  depolayan bölümlərilə əlaqəli ola biləcəyini qeyd  etdilər. Buna görə  beynin  bu  hissələri  oksigen və  qan  itirmək qabiliyyətinə  həssas  deyil və ciddi yaralanmalar zamanı beynin ən son xəsarət  görən  bölgələridir.


Nilufər

Şərhlər