access_time Dərc olunub: 10:03
“Beko Rəşad”a yeni vəzifə verildi

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və "Beko Rəşad" kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.


TİA.AZ-ın məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib.

Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.

Şərhlər