access_time Dərc olunub: 11:27
2016-cı ildə itirdiklərimiz - SİYAHI

Yola salmağa hazırlaşdığımız 2016-cı il Azərbaycanda bir çox olaylarla yadda qaldı. Siyasi yeniliklər, iqtisadi istilahatlarla yanaşı bu ili böyük itkilərlə geridə qoyuruq. 2016-cı ildə ölkəmizin bir çox dəyərli ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib. 

AzVision.az cari ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:

2016-cı ilin fevral ayında akademik Cəlal Əliyev 88 yaşında dünyasını dəyişib. Mərhum akademik onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi olub. Azərbaycan Milli Məclisinin deputatı olub və "İstiqlal" ordeni ilə təltif edilib. Cəlal Əliyev fevralın 1-i l Fəxri xiyabanda qardaşı akademik Aqil Əliyevin yanında dəfn olunub. 

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.

İlin ən yaddaqalan hadisələrindən biri xalq artisti İlhamə Quliyevanın gözlənilməz ölümü idi. Fevralın 25-də səhər saatlarında halı pisləşən xalq artistinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub. 

Akademik Nizami Süleymanov dekabrın 2-də haqq dünyasına qovuşub.

Xalq yazıçısı Maqsud İbrahimbəyov da bu il itirdiklərimiz ziyalılardandır. O, mart ayının 22-də dünyasını dəyişib. İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunub. 

Azərbaycanın Xalq şairi, tanınmış publisist Söhrab Tahir mayın 4-də vəfat edib. Şəkər xəstəliyindən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.

Yanvarın 29-da xalq artisti Musa Mirzəyev ölümü ilə sevənlərini kədərləndirdi. O, ölümünə qədər mikro insult diaqnozu ilə müalicə olunurdu. 
Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib. X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. 84 yaşında dünyasını dəyişən mərhum professor doğulduğu Qəbələ rayonunda dəfn olunub. 

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşovuzun sürən xəstəlikdən sonra bu ilin aprelin 16-da dünyasını dəyişib. 

Aktyor, rejissor assistenti Arif Qasımov martın 7-də vəfat edib. 

Əməkdar mədəniyyət işçisi, nazir müavini Fərəh Şəkinskaya aprelin 20-də 80 yaşında son mənzilə yola salınıb. O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.

Avqustun 31-də tanınmış bəstəkar Oqtay Zülfüqarov dünyasını dəyişib. Xalq artisti II Fəxri xiyabanda dəfn olunub. 

Azərbaycan tanınmış bəstəkar və dirijor Nəriman Əzimov noyabrın 19-da 80 yaşında həyatını itirib. Xalq Artisti, Prezident təqaüdçüsü Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 

Oktyabrın 20-də səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssam Solmaz Musayeva 89 yaşında dünyasını dəyişib.

Bu il futbol dünyasına da ağır itki üz verib. Azərbaycanın tanınmış futbol veteranı Valeri Hacıyev yanvarın 8-də uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib. 

Beyin xərçəngindən əziyyət çəkən məşhur boksçu Emil İsrafilbəyov (Emil Baku) yanvarın 18-də sevənləri ilə əbədi vidalaşıb.

Sabirabad rayonunun keçmiş icra başçısı Səmid Səmədov da bu il itirdiyimiz dəyərli insanlar sirasındadır. O, fevralın 13-də vəfat edib. S.Səmədov 1992-1993-cü illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılov fevralın 26-da dünyadan köçüb.

Akif İsmayılov uzun sürən xəstəlikdən sonra 52 yaşında canını tapşırıb.

Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Mirkamil Rəhimov uzun sürən xəstəlikdən sonra 2016-cı ilin martın 31-də haqq dünyasına qovuşub.

Mayın 22-də şair Anar Həbiboğlu 43 yaşında son mənzilə yola salınıb.

Lider Televiziyasının “Səda” İnformasiya Depatamentinin əməkdaşı, tanınmış jurnalist İlqar Qulusoy iyulun 9-da qəfil ölümü ilə bütün qələm əhlini sarsıtdı. Mərhum jurnalistin 2 övladı yadigar qalıb. 

Azərbaycan Silahlı Qüvvələrinin istefada olan general-mayoru Əli Kazımov uzun sürən xəstəlikdən sonra 2016-cı il oktyabr ayının 26-da ömrünün 60-cı ilində dünyasını dəyişib. 

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm xadimi Akif Əzizov noyabrın 20-də 73 yaşında vəfat edib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort