access_time Dərc olunub: 19:44
Tərtərə 3 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


TİA.AZ-ın məlumatına görə, Tərtərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Şərhlər