access_time Dərc olunub: 18:45
Zərdaba 3 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


TİA.AZ-ın məlumatına görə, Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər