access_time Dərc olunub: 11:46
Azərbaycanda inflyasiya faizi açıqlandı

Dünya Bankı (DB) 2017-ci ildə orta illik inflyasiyanın 5%-dək azalacağını proqnozlaşdırır.


APA xəbər verir ki, bu barədə DB-nin yenilənmiş "Azerbaijan Partnership Program Snapshot" hesabatında deyilir.


2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,6% təşkil edib.

DB bildirir ki, bu il orta illik inflyasiyanın azalmasına bazardakı məhdud likvidlik səbəb olacaq.

"Neftin bahalaşmasına baxmayaraq, böyük ehtimalla, bu il də Azərbaycan iqtisadiyyatında durğunluq olacaq. Buna səbəb neft hasilatının azaldılmasıdır. 


Üstəlik, qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və bank sektorundakı ağır vəziyyət də bura təsirsiz ötüşmür. Qeyri-neft sektorunun inkişafı zəif olaraq qalacaq. Belə ki, hökumət makroiqtisadi sabitliyi təmin etmək üçün sərt fiskal və monetar siyasətə üstünlük verməkdə davam edəcək. Bununla yanaşı, 2017-2019-cu illərdə ölkənin fiskal mövqeyi ciddi şəkildə yaxşılaşacaq", - sənəddə qeyd edilib.

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort