access_time Dərc olunub: 20:04
Dollar bahalaşacaq, qızıl və neft ucuzlaşacaq

"ABŞ-la ticarət qaydaları dəyişib və bu, bütün tərəfdaş ölkələrə aydın olub".

TİA.AZ Report-a istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində paylaşıb.

Prezident bildirib ki, ABŞ tezliklə öz ticarət balansındakı kəsiri aradan qaldıracaq: "Mənim Asiya ölkələrinə səyahətimdən sonra bizimlə ticarət edən ölkələr anladılar ki, qaydalar artıq dəyişib. ABŞ-la qarşılıqlı əməkdaşlıq düzgün aparılmalıdır. ABŞ-ın həddindən artıq yüksək ticarət kəsiri artıq azalmalıdır".

Qeyd edək ki, ABŞ-ın 2017-ci ilin ilk 9 ayında xarici ticarət kəsiri 403,1 mlrd. dollar təşkil edib, bu da təxminən ÜDM-in 2,1%-nə bərabərdir.

Report-un analitik qrupu bildirir ki, ABŞ-ın ticarət kəsirini azaltması onun ticarət tərəfdaşlarının ticarət profisitinin azalmasına, hətta mənfi saldoya keçməsi ilə nətəcələnə bilər: "Nəticədə ABŞ-dan daha az valyuta axını baş verəcək ki, bu da ölkədə likvidliyin artmasına, FES-in faizləri artırmasına və əlavə likvidliyi absorbasiya etməsinə gətirib çıxaracaq. Bu addımların hamısının nəticəsi isə ABŞ dollarının möhkəmlənməsinə səbəb olacaq".

Analitik qrup Trampın mümkün ikinci prezidentlik dövründə, yəni 2020-ci ildən sonra dolların məzənnəsinin 0,8 avrodan aşağı olacağını, qızılın 750-800 dollar/unsiya, neftin isə 25 dollar/barel səviyyəsində olacağını proqnozlaşdırır.

Oxsar xəbərlər

access_time 10:15 Neft bahalaşıb

access_time 11:51 Neft ucuzlaşıb

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort