access_time Dərc olunub: 16:56
Rusiyada aşağı maaş hara qaldırılır?

Sentyabrın 20-də Rusiya hökuməti minimum əməkhaqqı ilə bağlı yeni layihə qəbul edib. Novator.az-ın məlumatına görə, parlamentə təqdim olunacaq qanun layihəsi 2019-cu ilə qədər minimum əməkhaqqını əmək qabiliyyətli əhali üçün yaşayış minimumu həddinə çatdırmağı nəzərdə tutur.

Sənədin 4,5 milyon işçinin (o cümlədən 1,6 milyon büdcə işçisinin) maaşının artmasına şərait yaradacağı bildirilir.

Rusiyada yaşayış minimumu 11 min 163 rubl, minimum əməkhaqqı 7 min 800 rubldur.

100 Rusiya rublu 2 manat 93 qəpikdir.

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 116 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 164,5 manatdır.

Şərhlər