access_time Dərc olunub: 18:37
“Google” Hindistanda öz ödəniş sistemini işə salır

Hindistan ərazisində “Google Tez” ödəniş sistemi “Android Pay”in uğurlu alternativi ola bilər. 

TİA.AZ lent.az-a istinadən xəbər verir ki, bütün dünyada tanınmış “Android Pay” ödəniş sistemi Hindistanda özünü doğrultmayıb.

Çünki yeni lokal kontaktlı ödənişlər xidməti ölkədə UMI, “Paytm” və “MobiKwik” kimi rəqiblərlə rəqabət aparmalı olub.

Mütəxəssislər “Google” şirkətinin ödəniş sisteminin tez bir zamanda populyarlığının artacağını proqnozlaşdırırlar.

Qeyd etmək lazımdır ki, bu gün Hindistan ən perspektivli bazarlardan biri hesab edilir. Mütəxəssislərin proqnozlarına əsasən, Hindistanda rəqəmsal ödənişlər bazarı 2020-ci ilə qədər 10 dəfə artacaq və 500 milyard ABŞ dollarına çatacaq.

Şərhlər