access_time Dərc olunub: 11:21
Biləsuvarda dəhşətli yanğın: Uşaq öldü

Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb.


Daxili İşlər Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.


Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər