access_time Dərc olunub: 21:51
Bərdədə kanalizasiya quyusunda partlayış olub

Bərdə şəhərində kanalizasiya quyusunda partlayış baş verib.
 
TİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov APA-ya açıqlamasında deyib ki, partlayış baş verən quyu vətəndaşa məxsus olub. Belə ki, Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb. Həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: "Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.  

Şərhlər