access_time Dərc olunub: 13:14
Bakıda metronun qarşısında FACİƏ: YIXILIB ÖLDÜ

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb. 

TİA.AZ xəbər verir ki, saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun "Nizami” stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb. 


Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.

Şərhlər