access_time Dərc olunub: 09:27
Merin üstünə benzin töküb yandırdılar

Qvatemalanın Konsepsyon şəhərinin sakinləri 43 yaşlı mer Bazilio Xurakananı evindən çıxararaq üzərinə benzin töküb yandırıblar.


"Report" xəbər verir ki, yerli vətəndaşlar şəhər merini sifarişli qətlin təşkil edilməsində, saxtakarlıq və korrupsiyada şübhəli biliblər.

Qvatemalada cinayətkarlıq səviyyəsi olduqca yüksəkdir. Statistikaya görə, cari ilin əvvəlindən 2 min 343 qətl törədilib.

Şərhlər