access_time Dərc olunub: 17:06
Sifarişlə arvadının üzününə “kislota” tökdürdü - 10 il cəza aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadının üzünə zəhərli turşu “kislota” atan Vüqar Kərimov və bunu sifariş edən keçmiş əri Tural Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


TİA.AZ-ın verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə T.Hüseynov 10 il, V.Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı il mart ayında Pirallahı qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü T.Hüseynov tanışı, 1981-ci il təvəllüdlü V.Kərimova arvadı 25 yaşlı Nuranə Hüseynovanın üzünə “kislota” atmasını istəyib, bunun qarşılığında isə ona 2 dönər və 1 araq almağı söz verib. T.Hüseynov hadisə ilə bağlı “mənim deyilsə, heç kimin olmasın deyə belə etdim” deyib. Nəticədə qızın sol gözü tam kor olub.

Şərhlər